İKT-dən istifadə və onlayn ünsiyyət bacarığı olan müəllimlər “İbtidai təhsil kurikulumu üzrə mentorluq dəstəyi” layihəsində iştirak edə biləcəklər
“2014/2015-ci tədris ilində ibtidai təhsildə dərs deyəcək müəllimlər üçün yeni ibtidai təhsil kurikulumu üzrə mentorluq dəstəyi” layihəsinə start verilir.
Mentorluq dəstəyi xidmətlərini Təhsil Nazirliyi ilə imzalanmış müqavilə çərçivəsində “Mədəd Azərbaycan” təşkilatı təklif edir.
“İbtidai təhsil kurikulumu üzrə mentorluq dəstəyi” layihəsinə “2014/2015-ci tədris ilində ibtidai təhsildə dərs deyəcək müəllimlər üçün yeni ibtidai təhsil kurikulumu üzrə təlimlər”dən keçmiş ibtidai təhsildə dərs deyəcək müəllimlər cəlb olunur. Layihənin əsas məqsədi yeni ibtidai təhsil kurikulumunun tətbiqində problemlərlə qarşılaşan, çətinliklərin aradan qaldırılması üçün yardıma ehtiyacı olan müəllimlərə dəstək göstərmək üçün bu sahədə təcrübəsi olan peşəkar mentorların dəstəyi ilə xidmətlərin göstərilməsidir.
Təşkilatdan bildirilib ki, “İbtidai təhsil kurikulumu üzrə mentorluq dəstəyi” layihəsində iştirak etmək istəyən müəllimlər üçün bir sıra tələblər qoyulur. Belə ki, iştirakçının “2014/2015-ci tədris ilində ibtidai təhsildə dərs deyəcək müəllimlər üçün yeni ibtidai təhsil kurikulumu üzrə təlimlər”dən keçmiş ibtidai təhsildə dərs deyən müəllim olması şərtdir.
Həmçinin onlara qarşı informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqları; onlayn ünsiyyət bacarığı da tələb kimi irəli sürülür. Bundan başqa, onlar məsuliyyət; əməkdaşlıq və fasilitasiya bacarıqlarına da malik olmalıdırlar. Qeyd edək ki, təlimdə iştirak üçün müraciət formasını “Mədəd Azərbaycan” təşkilatının Proqram üzrə meneceri İlahə Tağıyevadan (Email: ilaha.t@madad.net; Tel.: (+99412) 530 82 95; Fax: (+994 12) 530 81 78) əldə etmək olar.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL