Atmosferə zərərli maddələr atan köhnə texnologiyalı 32 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün yeni yanaşma və texnologiyaların tətbiqi ilə bağlı ölkə başçısının verdiyi tapşırığa əsasən, tükənməyən mənbə olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün infrastruktur imkanları 20 min kubmetr olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 kubmetr gücündə avadanlıq quraşdırılmış zavod və müasir tinglikdən ibarət kompleks inşa edilib.
Faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsidir. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu haqda prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib.
Nazir qeyd edib ki, ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə tapşırıqların icrasını təmin etmək məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən atmosfer havasını çirkləndirən müəssisələrdə də ciddi araşdırmalar aparılıb:
"Belə müəssisələrin siyahısı hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Atmosferə zərərli maddələr atan 21 istehsalat sahəsinin fəaliyyəti dayandırılıb, köhnə texnologiyalı 32 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Atmosfer havasını normadan artıq çirkləndirən 17 mənbə ləğv edilib. Bu sahədə tədbirlər davam etdirilir".
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL