Faylların sinxronlaşdırılması və mübadiləsi bazarının həcmi illik 23% artacaq
“IDC” tədqiqat firması daima İT bazarının ən müxtəlif seqmentlərini araşdırır. Bu cür seqmentlərdən biri faylların sinxronlaşdırılması və birgə istifadəsi (File Synchronization and Sharing, FSS) üçün alətlərdir. Bu həllərə tələbat sürətlə artır və yaxın vaxtlarda yüksək tempini saxlayacaq.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, müxtəlif miqyaslı şirkət və təşkilatların əməkdaşlar arasında kontentin ötürülməsi və istənilən qurğudan ona çıxış imkanı yaradan proqram təminatından (əsasən “bulud”) istifadəsindən söhbət gedir.
“IDC”-nin qiymətləndirməsinə əsasən, 2013-cü ildə fayl mübadiləsi və sinxronlaşdırma proqram təminatının satış həcmi ötən illə müqayisədə 115% artaraq 805 milyon dollar olub. Yaxın beş ildə bu bazarın həcmi ildə orta hesabla 23,1% artaraq 2018-ci ilədək 2,3 milyard dollar təşkil edəcək.
“Apple”, “Box”, “Citrix”, “Dropbox” və “Microsoft” şirkətləri faylların sinxronlaşdırılması və birgə istifadəsi üçün ən böyük proqram təminatı istehsalçılarıdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL