waplog

“Google” “Nexus” brendinə məxsus birinci fabletini buraxmaq niyyətindədir


“Google” şirkəti fabletlər bazarında kəskin rəqabətə artıq bu ay “Nexus” istehsal xəttində ən böyük smartfonunu buraxmaq niyyətindədir. Bu haqda “The Wall Street Journal” nəşri yazıb.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Shamu” kod adlı yeni smartfon 5,9 düym diaqonallı yüksək təsvir ölçüsünə malik ekranla təchiz ediləcək. Smartfonu “Motorola Mobility” şirkəti istehsal edəcək. “Google”un nümayəndələri bu informasiyanı şərh etməkdən imtina ediblər.

İndi “Nexus” istehsal xəttində ən böyük qurğu 5 düym diaqonallı ekrana malik “Nexus 5” qurğusudur.

Amma fabletlərə (diaqonalı 5 düymdən böyük ekranla təchiz edilmiş smartfonlar) tələbat, xüsusilə Asiya bazarlarında aktiv artır. “Strategy Analytics” analitik şirkətinin məlumatına görə, 2011-ci ildə qlobal smartfon bazarının təxminən 1%-i fabletlərin payına düşürdüsə, o zaman bu il bu tip qurğuların payı 25% təşkil edir.

Qurğunun qiyməti hələ məlum deyil, amma mənbələrin məlumatına əsasən, oxşar texniki xarakteristikalara malik bu qurğu “iPhone 6 Plus” və başqa rəqiblərindən ucuz olacaq. Bunun hesabına “Google” smartfonunu inkişaf etməkdə olan bazarlarda populyarlaşdıra biləcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL