waplog

Stiv Cobsun ilk kompüteri hərracda satılacaq


“The Telegraph” nəşri yazır ki, “Apple” korporasiyasının həmtəsisçiləri Stiv Cobs və Stiv Voznyak tərəfindən yığılmış birinci kompüterlərdən biri hərraca çıxarılacaq. Oktyabrda Nyu-Yorkda “Bonhams” birja hərrac evində satışa çıxarılacaq lotun qiyməti 300-dən 500 min dollaradək qiymətləndirilir.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple 1” adını daşıyan 200 kompüterdən ibarət partiya nadir nüsxədir. "Bu lot əla vəziyyətdədir, son dörd ildə gördüyümüz ən yaxşısıdır" – hərrac evinin nümayəndəsi Kassandra Xattan deyib. “Bonhams”ın baş mütəxəssisi bildirib ki, bu kompüteri amerikalı kolleksiyaçı hərraca çıxarıb.
 
Bu, hərraca çıxarılmış birinci “Apple 1” kompüteri deyil. 2013-cü ilin mayında indiyədək işləyən nadir altı kompüterdən biri hərracda 671 min dollara satılıb. 2013-cü ilin iyulunda birinci partiyadan “Apple 1” kompüteri “Christie's” hərracında 388 min dollara satılıb.
 
Ötən il sentyabrın sonunda Kaliforniyanın Los-Altos şəhərində yerləşən Stiv Cobsun gənclik illərində yaşadığı evi abidə kimi qəbul etmək təklif edilib. Ev və qaraj “Apple Computer” şirkətinin təsis yeri hesab edilir.
 
“Apple 1” kompüteri 1970-ci illərin ortalarında Stiv Voznyak tərəfindən yaradılıb. “Apple”ın gələcək rəhbəri Stiv Cobsla Voznyak şəxs məqsəd üçün yaradılmış kompüteri satmağa qərar veriblər. 50 kompüterdən ibarət birinci partiya Cobsun qarajında əllə yığılıb. Voznyak və Stiv Cobs ümumilikdə təxminən iki yüz kompüter satıblar. İndiyədək 43 kompüter saxlanılıb, bu halda altısı işlək vəziyyətdədir.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL