waplog

Britaniya şirkəti “Əşyalar interneti” üçün xüsusi əməliyyat sistemi yaradacaq


Böyük Britaniyanın məşhur prosessor istehsalçısı “ARM” şirkəti bu yaxınlarda “Əşyalar interneti” qurğuları üçün xüsusi əməliyyat sisteminin yaradılması ilə bağlı planlarını açıqlayıb.
 
“mbed OS” adlandırılan əməliyyat sistemi “Əşyalar interneti” üçün məhsullar buraxan müxtəlif istehsalçı qurğularının fraqmentlik probleminin həlli üçün nəzərdə tutulub. “ARM” şirkəti bütün bu qurğuları bir əməliyyat sistemində birləşdirərək onu istehsalçılar üçün sadə, təhlükəsiz və pulsuz etməyi planlaşdırır.
 
“Böyük şirkətlər məhsulun layihələndirilməsinə illərlə vaxt sərf edir, biz isə bu müddəti bir neçə ayadək azaltmaq istəyirik. İstehsalçılar diqqəti proqramın satılmasına yox, qurğuya yönəldə biləcək”, - şirkətin elmi bölməsinin vitse-prezidenti deyib.
 
Tərtibatçıların sözlərinə görə, “mbed OS” “Bluetooth”, “Wi-Fi”, “3G” və “LTE” şəbəkələri kimi bir neçə rabitə protokolunu dəstəkləyəcək. Bundan başqa, “ARM” əməliyyat sisteminin “ağıllı” qurğulardan informasiyanı bir yerdə toplamaq üçün server versiyasını buraxmağı nəzərdə tutur. Bu halda “mbed OS” smarfon sistemlərindəki qiqabayt tutumları ilə müqayisədə 256 kilobayt yaddaşa malik olacaq.
 
Bundan əlavə, “ARM” diqqəti daha çox “Əşyalar interneti” bazarına yenicə daxil olan kiçik elektronika istehsalçılarına yönəltmək niyyətindədir. Bildirilir ki, şirkət artıq bir neçə saziş imzalayıb, "mbed OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk qurğuların 2015-ci ildə təqdim olunacağı planlaşdırılır, - “Hi-Tech News” yazır. 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL