Milanda keçiriləcək “ItaliaRestarts Up” sərgisinə Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və “start-up”lar dəvət olunurlar
2014-cü il 9-10 dekabr tarixlərində İtaliyanın Milan və digər şəhərlərində İtaliya Ticarət Agentliyinin təşkilatçılığı ilə “ItaliaRestarts Up” adlı tədbir keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və “start-up”lar sərgidə iştiraka dəvət olunurlar.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Qeyd edək ki, “ItaliaRestarts Up” İtaliyanın informasiya-kommunikasiya texnologiyaları, enerji, dizayn, biotexnologiya, nanotexnologiya, ekoloji texnologiyalar, aviyonik, aqrar sənaye texnologiyaları sahələrində ən yüksək artım potensialı ilə seçilmiş “start-up”ları yerli və xarici investorlara təqdim etmək məqsədi daşıyır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL