Yaponiya şirkəti istifadəçinin “3D” modelinin yaradılması funksiyası ilə fərdi kompüter istehsal edəcək
Noyabrda Yaponiyada “Fujitsu” şirkəti istifadəçiyə öz üçölçülü modelini yaratmağa imkan verən sistemlə təchiz edilən fərdi kompüteri satışa çıxaracaq.
Alınan təsviri müxtəlif oyunlarda və əlavələrdə istifadə etmək, eləcə də üçölçülü printerdə çap etmək mümkün olacaq.
Ən yeni “Real sense” kamerası ilə təchiz edilən kompüter dünyanın “3D” təsviri ev şəraitində generasiya etməyə imkan verən ilk kompüteri olacaq. Texnologiyadan istifadə üçün elan edilən pərakəndə satış qiyməti 220 min yen (2,2 min dollar) təşkil edir.
Şirkət nümayəndələrinin qeyd etdiyinə görə, insanın xarici görünüşü ilə üçölçülü modelin yaradılması prosesini xeyli asanlaşdıracaq texnologiya həmçinin kompüter oyunları və əlavə tərtibatçıları üçün faydalı olacaq.
Qeyd edək ki, üçölçülü printerlərlə əlaqədar texnologiyalar Yaponiyada getdikcə daha çox populyarlaşır. Ölkədə məişət əşyaları və uşaq oyuncaqları daxil olmaqla bir sıra məhsulların dizaynı və çap edilməsi üçün sifarişlər qəbul edən onlarla şirkət fəaliyyət göstərir.
Cari ilin yazında Yaponiyada “3D” texnologiyanın köməyi ilə silah hazırlayan ilk insan həbs edilib, - “ www.itar-tass.com” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL