Yaponiya şirkəti “iPhone 6” sahibləri üçün "barmaq" yaradacaq
Cihazın qiyməti 14 dollar təşkil edəcək. Barmağa taxılma onun ölçüsünü təxminən 15 mm artıracaq.
Yaponiyanın “Thanko” şirkəti “iPhone 6” smartfonundan istifadənin optimallaşdırılması üçün barmaq şəklində aksessuar hazırlayıb.
"ICTnews" elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “YubiNobiiru” adlı qurğu əlin baş barmağının uzadılmış variantda dəqiq plastik surətini təşkil edir. Cihazın ucluğuna sensor ekranla işləmək üçün ötürücü quraşdırılıb.
Bir çox istifadəçilərin “iPhone 6” smartfonundan istifadəsi zamanı cihazın ölçülərinə görə narahatçılıq yaşaması nəticəsində bu cür aksessuar yaratmaq ideyası meydana gəlib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL