waplog

“Sharp AQUOS Crystal” smartfonu ABŞ-da satışa çıxarılıb


“Sharp AQUOS Crystal” smartfonu Yaponiyadan kənarda satışa çıxarılıb. Qeyd edək ki, bu modelin özəlliyi cihazın orijinal dizaynıdır.

Ekran, demək olar ki, ön panelin bütün səthini tutur, yan tərəflərdə və yuxarı hissədə çərçivə  yoxdur. Bu halda dinamika, kamera və datçiklər korpusun aşağı hissəsində yerləşdirilib.

"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Sharp Aquos Crystal” smartfonu 720p HD təsvir ölçülü 5 düymlük ekran, 1.2 QHs takt tezlikli “Snapdragon 400” dördnüvəli prosessoru ilə təchiz edilib. Əməli yaddaşın həcmi 1,5 QB, daxili fləş yaddaşın həcmi 8 QB təşkil edir.

Qurğu, həmçinin “microSD” formatlı yaddaş kartları üçün slot, ön paneldə 1,2 meqapiksellik kamera, arxa paneldə 8 meqapiksellik kamera ilə təchiz edilib. Akkumulyatorun tutumu 2040 milliamper/saat təşkil edir. Aparatın ölçüləri 131x67x10 mm, çəkisi 140 qr-dır. “Android 4.4.2” (KitKat) versiyası quraşdırılıb.

Yeni cihazda səsin keyfiyyətinin yaxşılaşması üçün nəzərdə tutulmuş “Harman Kardon” texnologiyası reallaşdırılıb.
“Sharp AQUOS Crystal” smartfonunu artıq $149,99 qiymətə ABŞ-da əldə etmək (almaq) olar.


Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL