Elmi tədqiqat texnologiyalarının araşdırmalarda tətbiqi genişləndirilir
Rusiyanın Vladiqafqaz şəhərində keçirilən “Qafqazda geodinamika, vulkanizm, seysmiklik və təbii və texnogen xarakterli ekzogen geoloji proseslər” adlı konfrans başa çatıb.
Rusiya Elmlər Akademiyasının Yer Elmləri Bölməsi (REA YEB), Vladiqafqaz Elmi Mərkəzi, Vladiqafqaz Geofiziki tədqiqatlar Mərkəzi və Şimali Qafqaz Dağ-Metallurgiya İnstitutunun təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) aparıcı elmi işçiləri - geologiya-minerologiya üzrə fəlsəfə doktoru Samir Məmmədov və Rafiq Səfərov iştirak ediblər.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, S.Məmmədov “15 illik GPS məlumatları əsasında Azərbaycan ərazisində Yer qabığının deformasiyaları”, Rafiq Səfərov isə “Azərbaycan ərazisində müasir geodinamik şəraitin və zəlzələ təhlükəsinin GPS (qlobal yertəyinetmə sistemi) məlumatları əsasında tədqiqi” mövzusunda məruzələrlə çıxış ediblər.
Onlar AMEA-da geodinamika və seysmologiya sahəsində aparılmış tədqiqatların mühüm nəticələrindən danışıblar. Qeyd olunub ki, Qafqaz geodinamik baxımından xeyli aktiv zonadır və bir çox dünya alimləri tədqiqatlarını bu əraziyə kökləyib. GGİ-nin tədqiqatçılarının əldə etdiyi nəticələr GPS məlumatlarına əsaslanır. Məlumatlar özlərini doğrultduğuna görə, bu cür elmi tədqiqat texnologiyalarının araşdırmalarda tətbiqi genişləndirilir.
Məruzələr konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Qafqaz ərazisində geodinamik proseslərin öyrənilməsi istiqamətində səylərin artırılması üçün fikir mübadiləsi aparılıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL