waplog

Azərbaycanda elektron formada göndərilən bəyannamələrin sayı artır


Azərbaycanda internet istifadəçilərinin sayının çoxalması və eləcə də e-xidmətlərin verdiyi üstünlüklər ölkə əhalisini əməliyyatların əksəriyyətini elektron qaydada həyata keçirməsinə sövq edir. 

Hökumətin elektronlaşmanı, e-xidmətləri təşviq etməsi vətəndaşlarda bu sahəyə olan marağı daha da artırıb. Məhz bu səbəbdəndir ki,  Azərbaycanda elektron formada göndərilən bəyannamələrin sayında artım qeydə alınır.
 
Vergilər Nazirliyindən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilən bəyannamələrin xüsusi çəkisi 90,6% faiz təşkil edib.
 
Nazirlikdən o da qeyd olunub ki, sözügedən dövr ərzində VN-in xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 346 milyon 762,8 min manat təşkil edib. Bu məbləğin 32,4 faizi mənfəət vergisinin, 28 faizi əlavə dəyər vergisinin, 13,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,9 faizi aksizlərin, 15,5 faizi isə digər vergilərin payına düşür.
 
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 130 milyon 10,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL