“Disney” 200 əməkdaşını işdən çıxardıb
“Walt Disney” şirkəti bu gün nəzarət altında olan kinofilm şirkətlərindən 200 əməkdaşının çıxardılmasını bəyan edib. Şirkət bu addımın səbəbini son bir neçə ildə DVD satışlarının aşağı düşməsi ilə əlaqələndirib.
Analitiklər əmindirlər ki, “Disney”in ardınca, digər hollivud kompaniyalarında da DVD satışlarının aşağı düşməsi ilə əlaqədar analoji hal baş verə bilər. Şirkətdəki mənbələr bildirib ki, 200 əməkdaşın çıxardılmasından sonra şirkət Disney biznesinin bütün struktur modelinə, həmçinin bütün nəzarət altında olan şirkətlərə aid olan irimiqyaslı dəyişikliklərə hazırlaşacaq. 200 əməkdaşın çıxarılmasından sonra, şirkət ev əyləncələri istehsalı sferasında qənaət etməyə başlayacaq.
"Bütün dünyada daha az DVD disklər satılır, buna görə də bu sektorda işləyən şirkətlər iş strategiyasına yenidən baxmalıdırlar. İndi bu sferadakı şirkətlərin hamısı bu məsələ üzərində fikirləşirlər" – “Viacom”un baş direktoru Filipp Doman belə deyib.
“Digital Entertainment Group” analitiklərinin qiymətləndirmələrinə görə, yalnız 2010-cu ildə optik daşıyıcıların satışı 20% aşağı düşüb. 2011-ci ilin birinci rübündə düşmə - 2,6 milyard dollardan 2.1 milyard dollara qədər davam edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL