“Dropbox” xidmətində səhvən bir sıra istifadəçilərin faylları silinib
“Dropbox” "bulud"unda məlumatların saxlanılması və sinxronlaşdırılması xidməti səhvən onlayn saxlancdan bir sıra istifadəçilərin fayllarını silib. Bu haqda “Gizmodo” texnologiya bloqu yazıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Dropbox”un nümayəndələri faktı təsdiqləyərək deyiblər ki, fayllar sistemdəki səhvə görə xidmətdən silinib və buna görə istifadəçilərdən üzr istəyiblər. Şirkətdə bildirdilər ki, artıq səhvin aradan qaldırılması üçün yeniləmə buraxıblar.
Bundan başqa, “Dropbox” nümayəndələri deyiblər ki, onlar istifadəçilərin fayllarını bərpa etməyə çalışacaqlar, hərçənd xəbərdarlıq ediblər ki, bütün məzmunu geri qaytarmaq mümkün olmayacaq. Fayllarını itirmiş istifadəçilər kompensasiya kimi 99 dollar dəyərində “Dropbox Pro” xidmətinə illik abunə olacaqlar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL