waplog

Beynəlxalq Hesablaşmalar Bankı Azərbaycana mobil ödəniş xidmətlərinin çeşidini genişləndirməyi tövsiyə edir


Beynəlxalq Hesablaşmalar Bankının (İsveçrə) Ödənişlər və bazar infrastrukturu üzrə komitəsinin Katibliyi mobil ödənişlərin təşkilində tənzimləmə orqanlarına bitərəf mövqedən çıxış etməyi tövsiyə edib.


“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Beynəlxalq Hesablaşmalar Bankının (İsveçrə) Ödənişlər və bazar infrastrukturu üzrə komitəsinin Katibliyinin rəhbəri Klaus Löber Bakıda keçirilən “Mobil ödənişlər: inkişaf problemləri və perspektivləri” mövzusunda beynəlxalq seminarda çıxış edərək bildirib ki, onun təmsil etdiyi təşkilat mobil ödənişlər sahəsində standartların işlənib hazırlanması istiqamətində fəaliyyət göstərir.
 
“Biz eyni zamanda dünyada mobil ödənişlər sahəsində tətbiq edilən ən son və innovativ həllərlə tanış oluruq və tətbiq edirik. Bizim təcrübə göstərir ki, bu sahədə tənzimləmə qurumunun fəaliyyəti mobil ödənişlərin təşkilində və göstərilməsində ödənişlərin təhlükəsizliyinin təminatı, göstərilən mobil ödəniş xidmətlərinin keyfiyyət-qiymət nisbətinə riayət edilməsində balansı müəyyən etməkdir. Nəzərə alsaq ki, insanlar hazırda dünya üzrə mütəmadi olaraq səyahətlər və səfərlər edirlər, onlar   üçün adət halına çevrilmiş mobil ödəniş xidmətlərindən istifadə etmək çox vacibdir və bu sahədə təhlükəsiz çeşidli mobil ödəniş xidmətlərinin təşkili böyük əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.
 
Aynur  Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL