waplog

Finlandiya şirkəti Çin operatoru ilə 970 milyon dollarlıq saziş imzalayıb


Finlandiyanın “Nokia Networks” və Çinin “China Mobile” şirkətləri arasında çərçivə sazişi imzalanıb. Sazişə əsasən, Finlandiya istehsalçısı Çin şirkətinə 970 milyon dollar dəyərində avadanlıq tədarük edəcək və xidmətlər göstərəcək.
 
Berlində keçirilən Almaniya-Çin İqtisadi Forumu çərçivəsində baş tutan imzalanma mərasimində “China Mobile” operatorunun vitse-prezidenti Li Hudi və “Nokia”nın icraçı vitse-prezidenti Hans Yurqen Bill iştirak edib.
 
Sazişin şərtlərinə uyğun olaraq “Nokia Networks” şirkəti “China Mobile”ı  2014-2015-ci illərdə genişzolaqlı “4G” internet şəbəkəsinin qurulması üçün “4G TD-LTE” şəbəkə texnologiyası və avadanlıqları, o cümlədən “Evolved Packet Core” (EPC) həlləri, proqram təminatı, GSM şəbəkə avadanlıqları və xidmətləri ilə təmin edəcək. Sazişin imzalanmasına hazırlığa cari ilin birinci rübündə başlanıb.
 
“Nokia” Çin bazarında “TD-SCDMA” standartından “TD-LTE” standartına keçidin təminində iştirak edən yeganə əcnəbi şirkətdir. “TD-SCDMA” Çinin milli “3G” standartı, “TD-LTE” - “China Mobile” operatorunun “LTE” standartıdır. Finlandiya şirkəti həmçinin dünyanın altı qitəsində "TD-LTE” şəbəkəsini quran yeganə istehsalçıdır, - “3DNews” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL