Azərbaycan poçtunun uğurları Almaniyada maraqla qarşılanıb
Azərbaycan poçt operatoru “Azərpoçt” MMC-nin Keyfiyyətə nəzarət şöbəsinin rəisi Novruz Qalayev və Xaçmaz Regional Poçt Filialının rəisi Ənvər Məhyəddinov Almaniyanın Frankfurt şəhərində “POSTEUROP”-un poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi mövzusunda keçirdiyi seminarda iştirak ediblər.
Keçirilən tədbirə “POSTEUROP” ölkələrinin poçt operatorları ilə yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycan təmsilçiləri, Ümumdünya Poçt İttifaqının (ÜPİ) Qlobal Monitorinq Sisteminin, eləcə də Almaniyanın “Lufthanza” aviaşirkətinin nümayəndələri də qatılıblar.
Tədbirdə “POSTEUROP” üzvləri arasında beynəlxalq məktub korrespondensiyasını təyin edən G+3 nəzarət-keçid müddətinə dair göstəricilər, poçt daşımaları üzrə marşrutların idarə edilməsi, ÜPİ-nin E2E Qlobal Monitorinq Sistemi, Almaniyanın “Lufthanza” aviaşirkətinin tranzit aviadaşımaları, Avropa Birliyi ölkələri üzrə poçt-gömrük əlaqələri və elektron-ticarət məsələləri müzakirə edilib.
Tədbirin gündəliyinə uyğun olaraq -“POSTEUROP”-un bəzi üzvləri poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə apardıqları işlərə dair hesabat xarakterli çıxışlar ediblər. Azərbaycan nümayəndələri ölkəmizdə beynəlxalq poçtun keyfiyyətinin yüksəldilməsi uğrunda son illər aparılan işlər, o cümlədən beynəlxalq izləmə, Qlobal Monitorinq, ÜPİ-nin Poçt Texnologiyaları, Müştəri Xidmətləri Sistemlərinə qoşulma, beynəlxalq poçt göndərişlərinin, EDİ mesajlarının vaxtında ötürülməsi və s. barədə ətraflı məlumat verilib.
Eyni zamanda cari ilin noyabr ayında ÜPİ-nin “POSTEUROP” ilə birlikdə “Azərbaycanda poçtun istismarı və keyfiyyətin idarə edilməsi” üzrə xüsusi layihəsi və bu tədbir üzrə aparılan hazırlıq işlərinə dair iştirakçılara geniş məlumat verilib. Həmçinin sözügedən layihə ilə əlaqədar Azərbaycanın təyin olunmuş poçt operatoru adından ÜPİ və “POSTEUROP”-un rəhbərliyinə təşəkkür edilib.
Azərbaycan nümayəndələri ən ucqar kəndlərdə tətbiq edilən poçt layihələri haqqında geniş məlumat veriblər. Bu layihələr Xaçmaz Regional Poçt Filialının timsalında konkret faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bu təqdimatlar seminar iştirakçılarının böyük marağına səbəb olub.
Tədbir istirakçıları Frankfurt beynəlxalq Poçt Çeşidləməsi Mərkəzinin işi ilə yaxından tanış olublar.
Bu Mərkəz ən müasir texnika və texnologiyalardan istifadə edilmiş 8 mərtəbədən ibarətdir. Burada bütün poçt göndərişləri avtomatlaşdırılmış sistemlə çeşidlənərək, həm avia, həm də yerüstü poçtla demək olar ki, dünyanın əksər ölkələrinə göndərilir. Poçt bu mərkəzdə 24 saat ərzində çeşidlənir.
Tədbir zamanı poçt daşımaları üzrə marşrutların idarə edilməsi ilə əlaqədar təşkil edilmiş qruplar üzrə seminar təşkil edilib. Azərbaycan nümayəndələri 2-ci qrupda Almaniya, Fransa, Ukrayna, Qazaxıstan, Türkiyə nümayəndələri ilə “dəyirmi masa”da tərəfləri maraqlandıran maraqlı və faydalı müzakirələr aparıb.
Seminarın gedişatı zamanı proqramda nəzərdə tutulduğu kimi, beynəlxalq poçt göndərişlərinin qəbulu, daşınması və göndərilməsi prosesində poçt, gömrük və aviaşirkətlər arasında gömrük bəyannamələrinin elektron mübadiləsinin aparılması və onun əhəmiyyəti (təhlükəsizlik, sürət, etibarlılıq), bir sözlə, keyfiyyət göstəricilərinin yüksəldilməsi barədə ətraflı məlumat verilib, həmçinin maraqlı diskussiyalar aparılıb. Azərbaycan nümayəndələri bütün diskussiya və təkbətək görüşlər zamanı fəallıq göstərib.
Tədbirdə Almaniya poçt operatorunun elektron ticarət üzrə təqdim etdiyi təqdimat iştirakçıların marağına səbəb olub. Məlumat üçün bildirək ki, alman poçtu bu sahədə ən qabaqcıl ticarət şirkətləri ilə əməkdaşlıq edərək xeyli gəlir əldə edir.
Bundan başqa tədbirdə iştirak edən “Kazpoçt”un nümayəndəsi bildirib ki, onlar Cin Xalq Respublikası ilə sərhəddə yeni mübadilə məntəqəsi yaradaraq, birbaşa yerüstü beynəlxalq mübadilə həyata keçirirlər.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL