waplog

“eTwinning Plus 2013-2014” layihəsinə yeni məktəb və müəllimlərin qeydiyyatı 30 oktyabr tarixinədək davam edəcək


“eTwinning Plus 2013-2014” layihəsinə yeni məktəb və müəllimlərin qeydiyyatı 30 oktyabr tarixinədək davam edəcək. Sözügedən layihə “Mədəd Azərbaycan” təşkilatı tərəfindən Təhsil Nazirliyi və “European Schoolnet” ilə birgə həyata keçirilir.

Təşkilatdan qeyd edilib ki, “eTwinning Plus” Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning” layihəsinin tərkib hissəsidir.
 
“eTwinning Plus” pedaqoji işçilərə təhsil layihələri yaratmaq, onları icra etmək, əməkdaşlıq etmək və Avropada pedaqoji icmanın bir hissəsi olmaq imkanı verir.
 
Maraq göstərən məktəblər və müəllimlər müvafiq linkə (Məktəblər üçün link; Müəllimlər üçün: link ) daxil olub,  ərizə formasını doldura bilərlər. Seçiləcək məktəb və müəllimlər “eTwinning Plus” layihəsinin portalında qeydiyyata alınacaqlar və təlimdə iştirak etdikdən sonra portalda fəaliyyətə başlayacaqlar. “eTwinning” Plus portalında qeydiyyatdan keçdikdən sonra müəllimlər və şagirdlər avropalı həmkarları ilə ortaq layihələrdə iştirak və icra etmək şansı, yeni bilik və professional inkişaf üçün imkanlar əldə edəcəklər.
Müəllimlərin şagirdlərlə fəaliyyəti mütəmadi olaraq izlənəcək, ən uğurlu layihələr və ən aktiv müəllimlər və şagirdlər seçilərək mükafatlandırılacaqlar.
 
 
Qeyd edək ki, “eTwinning Plus” Avropaya qonşu ölkələr üçün “eTwinning” portalının genişlənməsidir. “Avropa qonşuluq siyasəti” 2004-cü ildə Avropa İttifaqı ölkələri ilə ən yaxın qonşu ölkələr arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsi məqsədilə işlənib-hazırlanıb. Ötən illər ərzində “eTwinning” layihəsi göstərdi ki, məktəblərlə müəllimlər arasında qurulan yeni əlaqələr onlara müstəsna faydalar verir, təhsilin cəmiyyətimizin başlıca struktur elementi kimi mövqeyi daha da möhkəmlənir.
 
Avropaya qonşu ölkələrdə yaşayan insanlarla əlaqələr isə mədəniyyətlərarası qarşılıqlı anlayışa və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə kömək edəcək. “eTwinning Plus” pilot layihəsində altı Avropaya qonşu ölkə  - Şərq tərəfdaşlığına daxil olan Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Avropa-Aralıq Dənizi Əməkdaşlığına (EUROMED) daxil olan Tunis iştirak edir. Azərbaycan 2013-cü ildən etibarən beynəlxalq “eTwinning Plus” layihəsində iştirak edir.
 
Layihə Azərbaycanda Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında “Mədəd” təşkilatı tərəfindən icra olunur. “eTwinning Plus” Proqramının üzv ölkələri “Tərəfdaşa Dəstək Agentliyi” xidmətini təsis ediblər. Bu agentliyin vəzifələrinə layihədə iştirak etmək üçün seçilmiş məktəbə və müəllimlərə köməklik göstərmək, təlimlər keçirmək daxildir. Azərbaycanda “Tərəfdaşa Dəstək Agentliyi” rolunu “Mədəd Azərbaycan” təşkilatı həyata keçirir. “Mədəd Azərbaycan” eTwinning Plus” layihəsində iştirak etmək üçün məktəblərin qeydiyyatını həyata keçirir.
 
“eTwinning Plus” layihəsinin Azərbaycan üzrə göstəricilərinə görə, indiyə qədər layihəyə Azərbaycanda 29 məktəb, 90 müəllim və 65 layihə qoşulub.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL