waplog

Elektron hərraclara böyük maraq var


Azərbaycan vətəndaşları ölkədə keçirilən elektron hərraclara böyük maraq göstərir. Bu, özünü əhali tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) ünvanlanan suallarda da təcəssüm etdirir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə ƏMDK-dan məlumat verilib.
 
Qurumdan bildirilib ki, komitənin bu il istifadəyə verdiyi yeni elektron xidmətləri vasitəsilə hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu prosedurları ilə bağlı məsələlər də əhalini maraqlandıran mövzular sırasındadır: “Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatının hüquqi üstünlükləri və sosial faydaları, dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı ilə bağlı elektron xidmətlər haqqında izahat və məsləhətlər verilib.
 
Komitənin elektron və onlayn xidmətlərinin yaratdığı rahatlıq, şəffaflıq, operativlik və vaxta qənaət kimi üstünlükləri “qaynar xətt”ə müraciət edən vətəndaşlara çatdırılıb. Onlara izah olunub ki, daşınmaz əmlak barədə yüklülük arayışlarını idarələrə getmədən onlayn xidmət vasitəsilə əldə edə bilərlər.
 
Eyni zamanda, öz daşınmaz əmlakları haqqında dövlət reyestrində qeydə alınmış məlumatlarla heç bir ödəniş etmədən, heç bir yerə getmədən elektron xidmətdən istifadə etməklə tanış ola bilərlər” – deyə komitədən bildirilib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL