waplog

Praqada kibernetika təhlükəsizliyi məsələləri üzrə konfrans keçirilir


Oktyabrın 15-də Praqada kibernetika təhlükəsizliyi məsələlərinə həsr olunmuş və “Future Forces” Beynəlxalq sərgi layihəsinin tərkib hissəsi olan üçgünlük “Future Forces” Beynəlxalq konfransı işinə başlayıb.
 
Dünyanın hər yerindən gəlmiş ekspertlər Letnyanı Sərgi Mərkəzində bu sahədə mövcud olan cari və gələcək təhlükələri, habelə kibercinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edəcəklər. Bu yaxınlarda NATO Hərbi Komitəsinin rəhbəri seçilmiş Çexiya Ordusu Baş qərargahının rəisi Pyotr Pavel və ABŞ, Böyük Britaniya, Bosniya və Herseqovina, Macarıstan, Polşa və Almaniyadan gəlmiş bir sıra mütəxəssislərin məruzələrlə çıxışı nəzərdə tutulub. Konfransda Aİ-nin, NATO-nun, İnterpolun və Avropolun rəsmi nümayəndə heyətləri iştirak edir.
 
Avropa kibernetika təhlükəsizliyi ayı çərçivəsində Çexiyanın polis işçiləri və dövlət idarələri mütəxəssislərinin iştirakı ilə ölkənin paytaxtında hakerliklə bağlı problemlərin profilaktikasına və həllinə yönəldilmiş “Kyberpsycho” konfransı da keçiriləcək. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL