Azərbaycan-Tacikistan hökumətlərarası iclasın yekunlarına əsasən protokol imzalanıb
Düşənbədə (Tacikistan) Üçüncü Azərbaycan-Tacikistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası protokol imzalanması ilə başa çatıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə ölkələr arasında perspektiv əməkdaşlıq sahələri kimi ticarət, iqtisadi-texniki əməkdaşlıq, Azad İqtisadi Zonaların fəaliyyətinin inkişaf etdirilməsi, sərmayələrin cəlb edilməsi, birgə müəssisələrin yaradılması sahələri qeyd edilib.
Tədbirdə tərəflər sosial xidmətlərin göstərilməsi sahəsinin inkişafında dövlət-özəl tərəfdaşlıq mexanizminin tətbiqi, dayanıqlı maliyyə sisteminin inkişafı, bank-maliyyə infrastrukturunun modernləşdirilməsi, enerji sektoruna sərmayələrin cəlb edilməsi və enerji sektorunun innovativ inkişafının prioritet istiqamətləri, sənaye sektorlarının innovativ inkişafı və modernləşdirilməsi, azad iqtisadi zonaların innovativ inkişaf yolu, informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində təcrübə mübadiləsi və perspektiv əməkdaşlıq imkanları haqda müzakirələr aparılıb.
Azərbaycan və Tacikistan prezidentlərinin bugünkü görüşü nəticəsində, əsasən, iqtisadi əməkdaşlıq yönümlü ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulub.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL