waplog

NMR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi adlandırılıb


Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi adlandırılıb.
 
Bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov MR Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, fərman imzalayıb.
 
Fərmanda qeyd olunur ki, “Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli 126-II FR nömrəli Fərmanının adında, 1-ci və 2-ci hissələrində, eyni zamanda “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 22 iyul tarixli 209-III FR nömrəli Fərmanının 3-cü hissəsində və 3-cü əlavəsində “İnformasiya Texnologiyaları” sözləri “Yeni Texnologiyalar” sözləri ilə əvəz edilsin.
 
Yeni fərmanla  “Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 12 avqust tarixli 118-IV FR nömrəli Fərmanının adında, preambulasında, 1-ci və 2-ci hissələrində “İnformasiya Texnologiyaları” sözləri “Yeni Texnologiyalar” sözləri ilə əvəzlənib.
 
Həmin fərmanla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”nin adında və mətnində “İnformasiya Texnologiyaları” sözləri müvafiq olaraq “Yeni Texnologiyalar” sözləri ilə əvəz edilib. Muxtar Respublikanın Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələlərin həll edilməsi həvalə olunub.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL