“Gənc Novatorlar” müsabiqəsinin “İnternet of things” adlı 4-cü çağırışına start verilib
BMT-nin informasiya-kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış təşkilatı olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən "Gənc Novatorlar" müsabiqəsi həyata keçirilir.
2010-cu ildən etibarən hər il keçirilən bu müsabiqə gənclərə sahibkarlıq sahəsində bacarıqlarının inkişaf etdirilməsi üçün xüsusi seminarlarda iştirak etmək, İKT sahəsinin aparıcı şəxsləri ilə görüşmək və əlaqə yaratmaq, eyni zamanda öz layihələrini "ITU Telecom" çərçivəsində keçirilən sərgi pavilyonunda nümayiş etdirmək imkanı yaradır.
Müsabiqədə yaşı 18-dən 30-dək olan gənclər iştirak edə bilərlər. Artıq müsabiqənin "İnternet of things" adlı 4-cü çağırışına start verilib. Müsabiqədə iştirak ilə bağlı qeydiyyat 3 noyabr 2014-cü il tarixdə bitəcək. Müsabiqə çərçivəsində qoyulan problem və mövzulara uyğun ən maraqlı ideya və konsepsiya müəllifləri qalib seçiləcək.
Gənclərimizin bu müsabiqədə fəallığının artırılmasını vacib sayan Azərbaycan Gənclər və İdman Nazirliyindən qeyd edilib ki, qalib seçilən müəlliflər cari ilin dekabr ayında Doha şəhərinə dəvət olunaraq öz innovativ ideyalarını nümayiş etdirmək, eyni zamanda müvafiq mövzu üzrə keçiriləcək təlim və seminarlarda iştirak etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, müsabiqənin qaliblərini 5000 ABŞ dolları məbləğində mükafat gözləyir. Müsabiqədə iştirak etmək istəyən gənclər "https://ideas.itu.int" saytında müsabiqənin şərtləri ilə tanış ola və qeydiyyatdan keçə bilərlər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL