“Apple” şirkəti 5K təsvir ölçülü ekranla təchiz edilmiş “iMac” monoblokunu nümayiş etdirib
“Apple” korporasiyası “Retina 5K” (5120x2880 piksel) təsvir ölçüsünə malik ekranla təchiz edilmiş “iMac” kompüter-monoblokunu nümayiş etdirib. Bu haqda “Apple”ın marketinq üzrə direktoru Fil Şiller nümayiş zamanı deyib.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “iMac” kompüterləri 27 düymlük ekran, 3,5 QHs takt tezlikli dördnüvəli “Intel Core i5” prosessoru, 8 QB-lıq əməli yaddaş, 1 TB tutumunda hibrid disklər və 2 QB videoyaddaşa malik “AMD Radeon R9 M290X” qrafik sürətləndiricisi ilə təchiz edilib. İstifadəçilərə güclü komponentlərlə təchiz edilmiş modifikasiyalar da əlçatandır. Qurğu “OS X 10.10 Yosemite” əməliyyat sistemi ilə işləyir.
“iMac” kompüterlərini “Apple”ın onlayn mağazasında 2500 manata sifariş etmək olar. Çatdırılma müddəti 3-5 iş günü təşkil edir.
Şiller, həmçinin “Mac mini”nin yığcam sistem blokunun yeni modifikasiyasını təqdim edib. Bu qurğu 1,4 QHs takt tezlikli ikinüvəli “Intel Core i5” prosessoru, 4 QB əməli yaddaş, 500 QB həcmində sərt disklə təchiz edilib. Daha güclü komponentlərlə təchiz edilmiş modifikasiyalar əlçatandır. Aparat “OS X Yosemite” əməliyyat sistemi ilə işləyir.
Qurğu “Apple”ın onlayn mağazasında 485 manatdan əlçatandır. Çatdırılma müddəti 3-5 iş günü təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL