Nile Kroes: “Bütün Avropa təşkilatları elektron imzaları tanımalıdır”
Avropa Komissiyasının rəqəmli texnologiyalar üzrə vitse-prezidenti xanım Nile Kroes Avropa İttifaqı (Aİ) tərəfindən "Elektron identifikasiya vasitələri haqqında" qanunun (eIDAS) qəbul edilməsinə həsr edilən mərasimdə komissiya prezidenti Jan-Klod Yunkerə elektron imza ilə müraciət ünvanlayıb.
O, elektron imzanın imkanlarını Avropa Komissiyasının bütün işçi əməliyyatlarında və Aİ-nin digər təşkilatlarında həyata keçirməyə çağırır. N.Kroesin sözlərinə görə, Avropa Komissiyası daxilində əksər proseduralar hələ də kağız sənədlərlə rəsmiləşdirilir. "Bu praktikanın tətbiqinə son qoyulmalıdır", - Aİ təmsilçisi qeyd edib.
"eIDAS" qanunu Aİ-nin bütün ölkələrinin şirkətlərinin dövlət kontraktları üçün elektron tenderlərdə iştirakını təmin etmək məqsədi daşıyır. Qanun Aİ-nin bütün ölkələri tərəfindən elektron imzaları tanımağı nəzərdə tutur.
N.Kroesin fikrincə, kağızla görülən işin həcminin azaldılması Aİ büdcəsinə milyardlarla avroya qənaət etməyə imkan verəcək, habelə vətəndaşlar öz hüquqlarını Aİ-nin istənilən ölkəsində həyata keçirmək üçün imkan əldə edəcək. Həmçinin ölkədən digər ölkəyə köçmə zamanı qeydiyyat və digər formal işləri elektron şəkildə görmək mümkün olacaq. Bundan başqa, şirkətlərin yaradılması, dövlət xidmətlərindən istifadə və digər fəaliyyət növləri asanlaşacaq.
Aİ-də elektron imzaların tanınması ilə bağlı yeni qaydalar 2018-ci ilin ortalarında qüvvəyə minəcək, - "Computerworld " yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL