Argentinanın ilk kommunikasiya peyki orbitə buraxılıb
Argentinanın ilk “Arsat-1”geostasionar kommunikasiya peyki oktyabrın 16-da Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan uğurla orbitə çıxarılıb.
İstismar müddəti 15 il təşkil edən peyk Argentina, Çili, Uruqvay və Paraqvay ərazisində peyk televiziyası, internet, məlumatların ötürülməsi və telefoniya xidmətləri daxil olmaqla geniş spektr telekommunikasiya xidmətlərini göstərməyə imkan verəcək.
Yerli müşahidəçilər peykin buraxılmasını tarixi hadisə adlandırıblar. Çünki bunun sayəsində Argentina Cənubi Amerikanın orbitdə öz istehsalı olan geostasionar peykə malik ilk ölkəsi olub. “Arsat-1” Argentinanın kosmik texnologiyalar üzrə ixtisaslaşan “İNVAP” şirkəti tərəfindən hazırlanıb. Layihənin həyata keçirilməsinə 270 milyon dollara yaxın vəsait xərclənib.
“İNVAP” Argentinanın 1976-cı ildə yaradılan və nüvə energetikası, kosmos, sənaye və tibb sahəsində avadanlığın istehsalı ilə məşğul olan dövlət elmi istehsal müəssisəsidir. Cənubi Amerika ölkəsində yüksək texnologiyalı layihələrin hamısı müstəsna olaraq bu şirkətin iştirakı ilə həyata keçirilir.
Bundan başqa, bu, Argentinanın ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən peyk layihələrini müstəqil həyata keçirə bilən şirkət kimi sertifikatlaşdırılan yeganə müəssisəsidir. “İNVAP” özünü tam maliyyələşdirir və dövlət büdcəsindən vəsaitlər almır, - “TASS” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL