waplog

“Bakcell”in yeni Müştəri Xidmətləri Mərkəzində abunəçilər mükafatlandırılıb


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin bir müddət əvvəl istifadəyə verilən yeni Müştəri Xidmətləri Mərkəzinə müraciət edən bəzi abunəçilər xoş sürprizlə qarşılaşıblar.
 
Ü.Hacıbəyov 48 ünvanında, Sahil Bağının yanında yerləşən yeni ofisinin açılış mərasimində elan olunduğu kimi, tədbirdən sonrakı 7 gün ərzində mərkəzə gələn hər yüzüncü abunəçiyə “Bakcell”in yeni “Alov” smartfonu hədiyyə olunub. Kampaniya çərçivəsində 18 “Bakcell” abunəçisi hədiyyə qazanıb.
 
Gözoxşayan dizayn və xüsusi funksiyaları ilə seçilən, “Android” əməliyyat sistemində olan “Alov” smartfonu cəlbedici, güclü və eyni zamanda münasib smartfon axtarışında olanlar üçün gözəl təklifdir. “Alov” smartfonu yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verir: “3G” İnterneti, çoxfunksiyalı kamera, yüksək ötürücülük tələb edən oyunlar üçün keyfiyyətli prosessor, ofis əlavələri, böyük ölçülü ekran və s.
 
Abunəçilərinə göstərilən xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq və onları daha əlçatan etmək üçün “Bakcell” həm Bakı şəhərində, həm də bütün ölkə ərazisində xidmət şəbəkəsini  genişləndirir. Bu ilin ötən bir neçə ayı ərzində Azərbaycanın müxtəlif regionlarında və Bakıda yeni xidmət mərkəzləri fəaliyyətə başlayıb.
 
Hazırda 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində “Bakcell” abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
 
RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL