Azərbaycan MDB ölkələri arasında "bulud" infrastrukturunun tətbiqində ilk yerlərdən birini tutur
Azərbaycan MDB ölkələri arasında "bulud" infrastrukturunun tətbiqi işində qabaqcıl yerlərdən birini tutur. Bu barədə HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov bildirib.
Hacıəlibəyovun sözlərinə görə, "bulud" infrastrukturunun aparat əsası olan HP Blade Matrix System MDB-də ilk dəfə məhz Azərbaycanda satılıb. Özü də sistem məhz özəl sektorda işləyən şirkətdə quraşdırılıb.
"HP diqqəti azərbaycanlı mütəxəssislər arasında "bulud" texnologiyaları haqqında biliklərin keyfiyyətinin artırılmasına yönəldib və bu məqsədlə şirkət "bulud" həlləri üzrə seminarlar təşkil edir.
Hazırda biz bu istiqamətdə həm özəl, həm də dövlət sektoru ilə fəal əməkdaşlığı davam etdiririk. Bizim qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümid etməyə tamamilə əsasımız var", - o deyib.
"Martda müştərilərimizin bazarın tələbatı və texnologiyaların tətbiqini müəyyən edən ayrı-ayrı tendensiyalarına güclü təsir edən dəyişən tələbatını təmin etmək üçün "bulud" həlləri və proqram təminatı üzrə qurulan HP strategiyasını hazırlamışıq.
Bununla əlaqədar şirkət məhz "bulud" istehsalına böyük diqqət ayırır", - Hacıəlibəyov deyib.
Bilavasitə həllərə gəldikdə, bu zaman HP aralarında fərdi və hibrid modellərin olduğu "buludlar"ın qurulmasının müxtəlif variantlarını təklif edir. "İnnovasiya müəssisəsi" prinsipinə əməl edən HP özünün "bulud" sifarişçilərinə bazarın və biznesin tələbindən asılı olaraq nisbətən daha rahat və effektiv modellər təklif edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL