waplog

Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunda Rəqəmsal linqafon laboratoriyasının açılışı olub


Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunda Rəqəmsal linqafon laboratoriyasının açılışı olub. Universitetin Mətbuat və İnformasiya şöbəsindən verilən məlumata görə, laboratoriyanın rəsmi açılışını BDU-nun rektoru, akademik Abel Məhərrəmov və ÇXR-in Azərbaycandakı səfiri Hong Jiuyin ediblər. Rektor Abel Məhərrəmov Konfutsi İnstitutunun fəaliyyətindən razılıq ifadə edərək bu laboratoriyanın Azərbaycanda Çin dili tədrisinin səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynayacağını bildirib. Səfir Hong Jiuyin də öz növbəsində laboratoriyanın açılışını əhəmiyyətli bir hadisə kimi dəyərləndirib. Sonra Konfutsi İnstitutunun kitabxanası, muzeyi və digər zalları ilə tanış olub, institutun 3 illiyinə həsr edilmiş sənədli filmə tamaşa ediblər. Konfutsi İnstitutlarının Mənzil-Qərargahı/HANBAN-ın sponsorluğu ilə təchiz edilmiş laboratoriya dünyada ilk rəqəmsal linqafon laboratoriyalarının ən müasir layihələri üzrə yaradılmış 11 mərkəzdən biridir. Bu Mərkəz Cənubi Qafqaz regionunda ilk və yeganə rəqəmsal linqafon laboratoriyadır və onun funksiyalarına HSK (Çin dili Qabiliyyət testi), HSKK (Çin dili Danışıq testi), YCT (Gənclər üçün Qabiliyyət testi), BCT (İxtisas və Biznes üzrə Çin dili testi) imtahanlarının keçirilməsi daxildir. DL-910KY linqafon dərslərində laboratoriyanın avadanlığı “New Class” rəqəmsal sistemi ilə işlədilir. Bu sistem rəqəmlərin, səs, video, internet, şəkil və aparatın işlədilməsi üzrə ən yeni texnikadır. Bu sistemə şifahi imtahanın qəbulu, monitor vasitəsi ilə təlim, audio və videoproqramların HD ilə ötürülməsi, sərbəst diskussiya və rəqəmsal səs yazısı funksiyaları daxildir.
 
Həqiqət İSABALAEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL