“Samsung” mobil qurğular üçün yeni “Exynos 7 Octa” prosessorunu təqdim edib
“Samsung” şirkəti mobil qurğular üçün yeni “Exynos 7 Octa” adlı 64 bitlik prosessor təqdim edib.
“ICTnews” xəbər xidmətinin “www.liliputing.com” saytına istinadən verdiyi məlumata əsasən, səkkiznüvəli çipset “ARMv8” arxitekturu və dörd “Cortex-A57” çipindən və dörd daha az gücə malik olan “Cortex-A53” çipindən istifadə edir.
Yeni prosessorun istehsal gücü “Exynos 5 Octa” çipindən 57% çoxdur. Maksimal məhsuldarlığa nail olmaq üçün istifadə edilən “big.LITTLE” texnologiyası bütün səkkiz nüvəni işə salmağa imkan verir.
“Exynos 7 Octa” prosessoru “ARM Mali T760” qrafik çip ilə təchiz edilib. Yeni çipset displeyin 2 560 х 1 600 nöqtəyədək ölçülərini dəstəkləməyə və "4К H.265/HEVC” formatında təsvir əldə etməyə və 16 meqapikselədək ölçüsü olan kameralarla işləməyə imkan verir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL