Kembricdə “Müasir Azərbaycan ədəbiyyatı və İT strategiyası” mövzusunda elmi-praktiki konfrans keçirilib
Böyük Britaniyanın Kembric Universitetində fəaliyyət göstərən Azərbaycan tədqiqat qrupu və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə bu ali təhsil ocağında “Müasir Azərbaycan ədəbiyyatı və İnformasiya Texnologiyaları (İT) strategiyası” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə universitetin müəllim heyyəti, müxtəlif ölkələrdən tələbələr iştirak ediblər.
Kembric Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Murad İsmayılov konfrans haqqında məlumat verib, tədbirin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin ikinci katibi Polad Məmmədov ölkəmizin son illərdə bütün sahələrdə sürətli inkişafından danışıb. Azərbaycanın hazırkı inkişaf səviyyəsini asan əldə etmədiyini vurğulayan P.Məmmədov, ölkəmizin ağrılı acılı günlərindən xüsusilə Ermənisatn-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edib. Beynəlxalq hüquq normalarına baxmayaraq torpaqlarımızın hələ də işğal altında saxlanıldığını, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün olduğunu diqqətə çatdırıb.
Ölkəmizin iqtisadi inkişafında əldə edilən nailiyyətlərin təqdirə layiq olduğunu bildirən, diplomat Azərbaycanın enerji siyasətinin Qərb ölkələri, o cümlədən, Birləşmiş Krallıq ilə sıx əlaqələr qurulmasında böyük rol oynadığını qeyd edib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından da bəhs edən P.Məmmədov, iştirakçılara İT, turizm, təhsil və başqa sahələrdə qazanılan uğurlar haqqında statistik göstəricilərlə geniş məlumat verib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Trans Avrasiya Super Informasiya Magistralı" (TASIM) layihəsinin direktoru Zaur Həsənov “Avrasiya əlaqələndirmə İttifaqı” mövzusunda təqdimatla çıxış edib. Dünyada ümumi kosmik məlumat mərkəzləri, Qafqaz regionunda və Azərbaycanda bu sahədə görülən işlər, Mərkəzi və Şərqi Avropada internet provayderlərinin təchiz edilməsi və inkişafı barədə statistik göstəricilərlə məlumat verib. Mərkəzi Asiya və Qafqaz bölgələrində, o cümlədən ölkəmizdə internet ötürmə zolağının genişlənməsi və inkişafının əhəmiyyətini vurğulayan Z.Həsənov TASİM layihəsinin missiyası, fəaliyyəti və görülən işlərdən də bəhs edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Tədbir çərçivəsində Z.Həsənovun “Dağların adamı” (“Man of the Mountains”) kitabının təqdimatı keçirilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL