waplog

“Xalq kompüteri” layihəsi çərçivəsində indiyədək 24195 nəfər kompüterə sahib olub


“Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı sürətlə artır.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, kompüterlərin satış həcmində növbəti dəyişiklik baş verib. Belə ki, artıq güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 24195 ədədə çatıb.
 
“Xalq kompüteri”  layihəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.
 
Sözügedən  layihə çərçivəsində təqdim olunan kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.
 
Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizat isə “BestCompGroup” şirkəti tərəfindən həyata keçirilir.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL