“Forbes”: “Microsoft” yaxın həftələr ərzində "ağıllı” saat təqdim edəcək
ABŞ-ın “Microsoft” korporasiyası "ağıllı” saatı təqdim edərək bu payızda daşınan elektronika bazarına çıxmağa hazırlaşır. Bu haqda bazar günü “Forbes” jurnalı yazıb.
Nəşrin məlumatına görə, qurğu yaxın həftələr ərzində nümayiş etdiriləcək. Bu saatların əsas özəlliyi müxtəlif platformaları dəstəkləməsi olacaq: qurğu yalnız “Microsoft Windows Phone” mobil əməliyyat sistemi ilə işləyən smartfonlarladeyil, həm də “Google”un “Android” və “Apple”in “iOS” platformaları ilə məlumatları sinxronlaşdırabiləcək.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Microsoft”un “ağıllı” saatları sensor ekranla təchiz ediləcək və gündəlik sahibinin nəbzinin tezliyini ölçən funksiya ilə təchiz ediləcək. Məşhur “Kinect” kontaktsız sensor oyun kontrollerini yaratmış mühəndislər komandası ürək döyüntüsünün daima ölçülməsi texnologiyasını hazırladı.
Xatırladaq ki, ötən ay “Apple” şirkəti öz “iWatch” "ağıllı” saatını nümayiş etdirib. Qurğu növbəti ilin əvvəlində satışa çıxarılacaq. Analitiklərin qiymətləndirməsinəgörə, 2015-ci ildə daşınan elektronika bazarının həcmi 7,1 milyard dollar təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL