“Kyocera” möhkəm korpusa malik LTE smartfonunu təqdim edib
Yaponiyanın “Kyocera” elektronika istehsalçısı “Torque XT” adlı yeni smartfonunu nümayiş etdirib. Qurğu yüksək müdafiə dərəcəsinə malikdir ki, bu da qurğudan ekstremal şəraitdə istifadəyə imkan verir.
“Kyocera TorqueXT” modeli “IP67” (30 dəqiqə müddətində suya enmə) və “MIL-STD-810G” standartları üzrə sertifikatlaşdırılıb. Sonuncu standart telefonun toz, su, hündürlükdən düşməsi, maksimal və minimal temperaturlara qarşı dayanıqlı olmasından xəbər verir.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni aparat 800x480 piksel təsvir ölçülü 4 düymlük IPS ekranla təchiz edilib. Ekran cızıqlara qarşı dayanıqlıdır.
Qurğunun 1,2 QHs takt tezlikli ikinüvəli “Qualcomm Snapdragon MSM8960” prosessoru, 1 QB əməli və 20 QB fləş yaddaş, 5 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralar, “NFC”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.0” və “LTE” simsiz rabitə modulları ilə təchiz edilib.
İstehsalçı iddia edir ki, smartfon danışıq rejimində 18,5 saat avtonom işləyə bilər. Akkumulyator batareyasının tutumu 2500 milliamper/saat təşkil edir.
Möhkəm korpusa malik “Kyocera Torque XT” smartfonu ABŞ bazarında satışa çıxarılıb. Qurğunun pərakəndə qiyməti 360 dollar təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL