“BakuTel 2014” çərçivəsində “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı keçiriləcək
Ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri, eyni zamanda Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük sərgisi - “BakuTel” çərçivəsində bir sıra tədbirlərin təşkili planlaşdırılır.
4-5 dekabr tarixlərində keçiriləcək sayca 20-ci Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı zamanı nəzərdə tutulan tədbirlərdən biri də “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransıdır.
Sözügedən konfransın təşkilatçıları Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutudur. Konfransın istiqamətlərinə “E-dövlətin elmi-nəzəri əsasları”; “E-dövlət quruculuğu strategiyaları”; “E-dövlət və e-idarəçilik modelləri”; “E-demokratiya və e-seçki sistemi”; “E-dövlətin ölçülməsi problemləri və rəqəmsal fərqlilik”; “E-dövlətin informasiya təhlükəsizliyi problemləri”; “E-dövlətin perspektiv texnologiyaları”; “E-dövlətin formalaşdırılmasının normativ-hüquqi bazası” daxildir.
Təşkilat Komitəsindən qeyd edilib ki, məruzə həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamaq şərti ilə elektron şəkildə “egov@iit.ab.az”, “farhadyusifov@gmail.com” ünvanına təqdim edilməlidir.
Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki dəyəri əks olunmalıdır.
Şablonu yükləmək olar (55 KB). “Sample_IEEE.doc” şablonunun Azərbaycan dilinə tərcüməsi () (79 KB).
Məruzələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son gün 30 oktyabrdır.
Məruzələrin qəbulu haqqında müəlliflərin məlumatlandırılmasının son tarixi isə 15 noyabr müəyyənləşdirilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL