waplog

DQMK-nın göstərdiyi elektron xidmətlərdən 5453 vətəndaş istifadə edib


Azərbaycan Respublikası bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində də gündən-günə güclənir və inkişaf edir.

Belə ki, informasiya cəmiyyətinin və elektron hökumətin təşəkkül tapması yönündə müvafiq hüquqi baza yaradılıb dövlət proqramları həyata keçirilir və zəruri islahatlar aparılır, vətəndaşlara göstərilən elektron xidmətlərin sayı artırılır.
 
Artıq vətəndaşlar "Elektron hökumət" portalı vasitəsilə müxtəlif dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən istifadə etmək imkanına malikdirlər.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) da vətəndaşlara göstərdiyi elektron xidmətlər "Elektron hökumət" portalına inteqrasiya edilib və vətəndaşların istifadəsinə verilib. Hər bir şəxs komissiyanın  "Dövlət qulluğu stajı kalkulyatoru", "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu", "Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu", "Dövlət qulluqçularının Reyestrindən məlumatların verilməsi", "Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi", "Onlayn sınaq test imtahanlarının keçirilməsi" adlı sadə işləmə mexanizmi olan elektron xidmətlərindən çox asanlıqla istifadə edə bilərlər.
 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq dövlət orqanları tərəfindən "Elektron hökumət" portalı vasitəsilə vətəndaşlara təqdim olunan e-xidmətlərdən istifadə etmənin monitorinqini aparır. 2014-cü ilin sentyabr ayı üçün açıqlanan statistik məlumata əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya göstərdiyi e-xidmətlərdən istifadə sayına görə 42 dövlət qurumu sırasında 5-ci olub.
 
Qeyd edək ki, sentyabr ayı ərzində Komissiyanın göstərdiyi e-xidmətdən 5453 vətəndaş istifadə edib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL