“Startup Azərbaycan” Təşkilat Komitəsi layihəsinə könüllüləri cəlb edir
“Startup Azərbaycan” Təşkilat Komitəsi (TK) “Startup Günləri” layihəsinə dəstək məqsədilə könüllülər (volunteer) və ekspert - mentorlar cəlb edib.
“Startup Azərbaycan”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Startup Günləri”ndə komandalar tərəfindən hazırlanacaq startupların (layihələrin ilkin variantlarının - prototiplərin) qiymətləndirilmə meyarları artıq müəyyən edilib.
Hazırlanacaq startupların (layihələrin ilkin variantlarının - prototiplərin) qiymətləndirilmə meyarları “Komanda” (şanslılıq, təcrübə, bacarıqlar və s. ), “Layihənin davamlılığı” (konkret plan, rəqabətə davamlılıq, investisiya imkanları, bazarda liderlik və s.), “Layihənin ideyası və cəlbediciliyi” (biznes planın anlaşıqlığı, cəlbedicilik, reallıq, risklər və s.), “Layihənin gəlirliliyi” (Rentabellik, İnvestisiyanın geri dönüşü müddəti, investment və s. ), “Layihənin əhatə dairəsi” (Ərazi, insan sayı (user), xitab etdiyi seqment və s.), “Xüsusi rəy”in (Münsifin layihə ilə bağlı xüsusi rəyi) olmasıdır.
Münsiflər hər bir kriteri üzrə 10 ballıq sistemdən istifadə edərək qiymətləndirmə aparacaq. Yekun bal qeyd olunan kriterilər üzrə verilən ballar cəmlənməklə hesablanacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL