waplog

Avropa İttifaqı və Çin telekommunikasiya sahəsində araşdırmaları dayandıracaq


Avropa İttifaqı (Aİ) və Çin arasında Çin hökumətindən subsidiyaların alınmasında şübhəli bilinən yerli telekommunikasiya şirkətləri ilə bağlı təhqiqatların aparılmasının dayandırılması barədə razılıq əldə olunub. Bu barədə Avropa Komissiyasının saytında deyilir.
 
Ticarət üzrə Avropa komissarı Karel de Quxt və Çinin ticarət naziri Qao Xuçenin iştirakı ilə keçirilən danışıqlar zamanı ötən ilin yazında başlanan araşdırmanı dayandırmaq və Avropa və Çinin telekommunikasiya bazarının monitorinqini müstəqil orqana həvalə etmək barədə qərar qəbul edilib.
 
Həmçinin tərəflər Avropa şirkətlərini Çində telekommunikasiya sahəsi üçün standartları müəyyən edən təşkilatlara bərabərhüquqlu çıxış imkanı ilə təmin etmək və dövlət tərəfindən elmi tədqiqat layihələrinin maliyyələşdirilməsi üçün iddialı şirkətlərə eyni şərait yaratmaq barədə razılığa gəliblər.
 
Bundan əvvəl Avropa komissarı bildirib ki, onda Pekinin Çinin nəhəng telekommunikasiya şəbəkə avadanlıq istehsalçıları “Huawei Technologies” və “ZTE Corp” üçün qeyri-qanuni subsidiyalar ayırması ilə bağlı sübutlar var. Avropa Komissiyasının qiymətləndirməsinə görə, bu növ avadanlıqların Çindən Avropaya illik tədarük həcmi 1 milyard avro təşkil edir, - “Interfax” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL