Yeni “selfie” smartfonunuz – “HTC Desire EYE “
“HTC” şirkəti oktyabr ayının əvvəllərində dünyada “selfie” smartfonu kimi məşhurlaşmış yeni “Desire Eye” (digər adla HTC E1) telefonlarının təqdimatını keçirdi.
Təqdim edilən bu yeni smartfon, 13 meqapiksel ön və arxa kamerası ilə fərqlənir. Kameranın əsas özəlliklərindən biri də smartfonun telefon sahibini üzdən tanıma funksiyasıdır. “Eye Experience”-in özəlliyi videozənglər zamanı daha keyfiyyətli görüntü əldə etmək üçündür.
Ön və arxa kamerasının eyni keyfiyyətdə və eyni meqapikselə malik olması ilə də “HTC” bazara böyük yenilik gətirmiş oldu.
5.2 düymlük 1920×1080 Full HD ekran, 16 GB daxili yaddaş həm də microSD kartları ilə 128 GB-a qədər çoxaldıla bilir, 2GB RAM, 2400 mAh batareya xüsusiyyətlərini özündə birləşdirən “Desire Eye”, ağ, qırmızı və mavi rəng seçimləri ilə istifadəçilərə təqdim edilib. Bütün bunlardan əlavə, yeni “Desire Eye” modeli IPX7 sertifikatına sahibdir.
Bu sertifikat suda bir metr dərinlikdəki yarım saat işləyə bilən telefonlara təqdim edilir.
Bu yeniliklər Azərbaycandakı “HTC” smartfonu fanatları tərəfindən də böyük maraqla gözlənilir. “Caspian Mobile” şirkətindən verilən məlumata görə, “Desire Eye” selfie” smartfonları azərbaycanlı istifadəçilərə oktyabr ayının sonu – noyabrın əvvəllərində təqdim ediləcəkdir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL