“Samsung” şirkəti “Galaxy S II” smartfonunun yeni versiyasını hazırlayır
Gələn həftə “Samsung” şirkətinin yeni məhsulunun təqdimatı olacaq. Artıq şəbəkədə yenilik haqqında bəzi informasiya yayılıb.
Məlum olub ki, “İFA” sərgisində koreyalılar “Galaxy S II” flaqman smartfonunun “LTE”, “WCDMA” və “GSM” şəbəkələrinin dəstəyi ilə olan versiyasını təqdim edəcəklər.
Yeni qurğuya bəzi dəyişikliklər edilib. Məsələn, arxa panelin dizaynı dəyişib, səthi tutqunlaşıb. Bundan başqa, “Super AMOLED Plus” ekranının diaqonalı 4,3 düymdən 4,5 düymə qədər artıb.
Yenilənmiş “Galaxy S II” smartfonu 1,5 QHz takt tezlikli 2 nüvəli prosessora malikdir. Məlumat üçün qeyd edək ki, indiki model 1.2 QHz takt tezlikli çiplə təchiz olunub.
Digər spesifikasiyalar: 8 meqapiksel kamera, “Bluetooth 3.0”, “Wi-Fi” və “GPS” modulları, “NFC” çipi dəyişməyib. Əməliyyat sistemi kimi “Android 2.3” istifadə olunub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL