waplog

“Artıq kommersiya təşkilatlarının da elektron xidmətlərdən istifadə etməyə başladıqlarını müşahidə edirik”


“Mərkəzi Bankın notlarının qeydiyyatı tamamilə elektronlaşdırılıb və elektron xidmətlər vasitəsi ilə həyata keçirilir. Biz artıq ikinci ildir ki, bu prinsiplə işləyirik. Bu istiqamətdə kağızdan istifadədən tamamilə imtina edilib”.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatlına görə, bu fikirləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin  aparat rəhbəri Bəxtiyar Əzizov söyləyib.
 
Aparat rəhbərinin sözlərinə görə, son zamanlar dövlət orqanları ilə bərabər kommersiya təşkilatları da əməliyyatların internet üzərindən həyata keçirilməsində maraqlı olduqları müşahidə edilir:
 
 “Bu il bir kommersiya bankının həm buraxılışının qeydiyyatı, həm emissiyanın yekunlarının qeydiyyatı elektron xidmətlər vasitəsi ilə həyata keçirilib. Artıq müşahidə edirik ki, kommersiya təşkilatları da buraxılışlarını elektron xidmətlər vasitəsi ilə həyata keçirməyə başlayıblar. Biz elektron xidmətlərlə bağlı bütün infrastrukturu, imkanları yaratmışıq və tam şəkildə açığıq. Artıq istifadəçilər özləri səylərini artırmalıdırlar. Komitənin elektron xidmətlərindən yararlanmaq üçün istifadəçilərin mütləq şəkildə elektron imzası olmalıdır. Çünki e-imza olmadan xidmətlərimizdən yararlanmaq olmayacaq. Cəmiyyətdə  elektronlaşma nə qədər çox inkişaf edəcəksə, istifadəçilərin də imkanları o qədər  çoxalacaq. Belədə bizim xidmətlərimizə müraciət  edənlərin sayı da artacaq”.
 
 
Seymur Qasımbəyli
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL