waplog

“Samsung” Ebola virusuna qarşı mübarizə kampaniyasında iştirak edir



Cənubi Koreyanın "Samsung" şirkəti Ebola virusuna qarşı mübarizə kampaniyasında iştirak edərək 1 milyon dollar dəyərində 3 min "Samsung Galaxy S3 Neo" smartfon modelini Qvineya, Sierra Leone və Liberiyanın 60 ixtisaslaşmış klinikasına göndərib. Bu üç qonşu ölkə "Ebolavirus" növündən olan viruslardan ən çox zərərçəkən dövlətlər hesab edilir.  

"Samsung Galaxy S3 Neo" smartfon modelindən BMT tərəfindən təşkil olunan "Humanitarian Connectivity Project" layihəsi çərçivəsində təbii fəlakət zonalarında zərərçəkmiş insanların mobil qurğularla təmin edilməsi üçün istifadə ediləcək.

Smartfonlar tibbi informasiyanın toplanması və analizi üçün xüsusiləşdirilmiş "Smart Health Pro" proqram təminatı ilə təchiz edilib. Həmçinin qurğular klinikalarda xəstələrin öz qohumları və ətraf dünya ilə əlaqə saxlaya bilmələri üçün onlara paylanacaq. Virus epidemiyası başa çatandan sonra istifadə olunmuş bütün "Galaxy S3 Neo" smartfonları məhv ediləcək, - "Onliner" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL