“Yüksək Texnologiyalar Parkı”nda növbəti “Startap Weekend” keçiriləcək
Bakıda növbəti “Startap Weekend” (“Startup Weekend”) tədbiri həyata keçiriləcək. Gələn ayın 21-23 tarixləri arasında düzənlənəcək tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanaraq sahibkarlar, startap entuziastları, marketerler, dizaynerlər və proqramçılar “komanda”larda bir araya gələrək startaplar quracaq və münsiflər heyəti qarşısında təqdimat edəcəkdir.
Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanı üç gün ərzində startapı tam formalaşdıraraq işlək halda təqdim etməkdir. Prosesin effektivliyini təmin etmək üçün iştirakçılar “mentor” statuslu peşəkarlar tərəfindən konsultasiya ala biləcəklər.
Məlumat üçün bildirək ki, “Startup Weekend” tədbiri müstəqil mütəxəssislər və “Startup Weekend” qlobal forumu tərəfindən təşkil edilib. Budəfəki tədbirə ABŞ, Rusiya, İordaniya, Türkiyə olmaq şərti ilə bir neçə ölkədən qonaqların gəlməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Startup Weekend”in formatı təqdimatdan, səsvermədən, komanda formalaşdırmaqdan, fikir mübadiləsi aparmaqdan və minimal işləyən məhsul hazırlamaqdan ibarətdir. Təqdimatlar tədbirdə komandanı tapmaq və formalaşdırmaq üçün birinci əhəmiyyətli addımdır. İştirakçılar 60 saniyə ərzində özünü təqdim etməli, həll etdiyi məsələ və onun həll yolları haqqında, həmçinin üstünlükləri barəsində verməlidir.
“Startup Weekend”də iştirakçılar hər şeydən əvvəl vaxtı yaxşı dəyərləndirməli və seçilməyə çalışmalıdırlar. Təqdimatlar bitdikdən sonra, iştirakçılarla ünsiyyət qurmaq üçün 45 dəqiqə verilir. Yaxşı komanda - məhsulu işləyib hazırlaya bilən, istehlakçıları nəzərə alan, hərtərəfli təqdimat hazırlayan, məhsulun və biznesin işlək olduğunu təsdiq edə bilən, enerjili və bir-biri ilə uyğunlaşan insanlardan ibarət olmalıdır.
Tədbir “Yüksək Texnologiyalar Parkı”nın təşkilatçılığı ilə həyata keçiriləcək.
Əlavə məlumat almaq istəyən şəxslər linkinə daxil ola bilərlər.
İştirak etmək üçün bu link vasitəsi ilə qeydiyyatdan küçə bilərsiniz.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL