ABŞ-dan kənarda da “Apple Pay” ödəmə sistemindən istifadə edilib
“Apple” smartfonlarının sahibləri “Apple Pay” şirkətinin ödəmə sistemini ABŞ-dan kənarda da istifadə etmək olar. Hərçənd ki bundan əvvəl bildirilmişdi ki, “Apple Pay” hələ ki yalnız ABŞ-ın pərakəndə satış mağazaları üçün işləyir.
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, ABŞ-dan kənarda “iPhone” smartfonu vasitəsilə ödəmək imkanı haqqında Avstraliya və Kanadadakı isitifadəçilər məlumat veriblər. Onlar bildiriblər ki, bunun üçün “Apple Pay” ödəmə sisteminə ABŞ-da buraxılmış bank kartını əlavə etmək və smartfonda regional sazlamaları dəyişmək lazımdır. Bundan sonra “Apple Pay” vasitəsilə “MasterCard PayPass”, “Visa payWave”, “American Express ExpressPay” terminalları, həmçinin “NFC” texnologiyasını dəstəkləyən ticarət avtomatlarında vasitəsilə ödəmək olar.
Xatırladaq ki, “Apple Pay” ödəmə sistemi oktyabrın 20-də ABŞ-da işə salınıb. Sistem “iPhone 6”, “iPhone 6 Plus”, “iPad Air 2” və “iPad mini 3” qurğularının istifadəçilərinə “Touch ID”ın köməyilə bir sıra tətbiqlərdə alış-veriş etməyə imkan verir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL