waplog

“Asus” şirkəti “4G+” şəbəkəsini dəstəkləyən ucuz smartfonunu nümayiş etdirib


“Asus” şirkəti “LTE-Advanced” texnologiyası üzrə saniyədə 300 meqabitədək sürətlə məlumatların ötürülməsini dəstəkləyən “PadFone S” smartfonunu nümayiş etdirib.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, smartfon 2.3 QHs takt tezlikli “Qualcomm Snapdragon 801” prosessoru, 2 QB əməli yaddaş, 16 QB daxili yaddaş (“microSD” kartının köməyi ilə artırmaq olar), Full HD (1920x1080 nöqtə) təsvir ölçülü və cızığa davamlı “Corning Gorilla Glass 3” şüşəsi ilə örtülmüş 5 düymlük ekran, 13 meqapiksellik əsas kamera ilə təchiz edilib. “Qi” standartlı simsiz enerji doldurulmasını dəstəkləyir.

Həmçinin hər bir smartfon istifadəçisinə “ASUS WebStorage” “bulud”  saxlancında 5 QB əlçatandır.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL