waplog

“Dilmanc” mobil tərcüməçi istifadəçilərin böyük marağına səbəb olub


“Android” əsasında işləyən mobil qurğularda şifahi danışığı Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən “Dilmanc Translator” proqramı istifadəyə verildiyi 10 ay ərzində 100 min dəfədən artıq köçürülüb.
 
“Dilmanc” layihə qrupundan verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənən “Dilmanc Translator” Azərbaycan, türk, rus və ingilis dilləri arasında şifahi nitqi və mətni tərcümə edib səsləndirir, tək söz daxil edildikdə isə onun lüğətdəki digər tərcümələrini də göstərir.
 
 Hal-hazırda proqramın “Ios” platforması üçün versiyasının hazırlanması üçün işlər gedir.
 
Bununla yanaşı, proqramın Azərbaycan-ingilis və türk-ingilis istiqamətləri üzrə tərcümə keyfiyyəti artırılıb, desktop kompüterlərin istifadəçiləri üçün isə “Google Chrome” və “Mozilla Firefox” proqramlarına əlavə olunan plug-in istifadəyə verilib. Plug-in quraşdırıldıqdan sonra istənilən saytda mətni seçərək uyğun düyməni basdıqda həmin mətn avtomatik tərcümə olunur.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL