waplog

Cari ilin üçüncü rübündə “Nokia” şirkətinin xalis mənfəəti 750 milyon avro olub


2014-cü ilin üçüncü rübündə Finlandiyanın “Nokia” korporasiyasının xalis mənfəəti ötən ilin müvafiq dövrü (105 milyon avro) ilə müqayisədə xeyli artaraq 750 milyon avro təşkil edib.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hesabat dövründə şirkətin gəliri 13% artaraq 3,3 milyard avro təşkil edib. Üçüncü rübdə əməliyyat zərəri 810 milyon avro olub. Qeyd edək ki, bir il 262 milyon avro dəyərində mənfəət qeydə alınıb.

“Nokia” – Finlandiyanın transmilli şirkəti, mobil, səyyar, genişzolaqlı və IP şəbəkələr üçün telekommunikasiya avadanlığı istehsalçısı, “here.com” kartoqrafiya xidmətinin istehsalçısı, köhnə smartfon və mobil telefon istehsalçısıdır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL