Ümumdünya Poçt İttifaqı məktəblilər arasında keçiriləcək epistolyar inşa müsabiqəsinə mövzu təqdim edib
Hər il olduğu kimi, bu il də Ümumdünya Poçt İttifaqı bütün poçt müdiriyyətlərinə məktəblilər arasında ölkənin Təhsil Nazirliyi ilə birgə epistolyar inşa müsabiqəsinin təşkilini tövsiyə edərək keçiriləcək müsabiqəyə mövzu təqdim edib.
Həmin mövzular üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə (Bern şəhərinə) göndəriləcəkdir.
Bununla əlaqədar olaraq 3 (üç) mövzu ilə inşa müsabiqəsinə start verilərək, birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, üçüncü mövzu isə Təhsil Nazirliyi tərəfindən təklif edilib. Müsabiqənin mövzuları və mükafat fondu aşağıdakı kimidir:
-
Kiməsə məktub yaz və izah et: Sən hansı bir dünyada böyümək istəyərdin?
(15 yaşa qədər olan məktəblilər)
-
Biz o torpaqlara qayıdacağıq! (İlham Əliyev)
-
Xalq qəhrəmanları ilə tanınır.
Qaliblər üçün təyin edilmiş pul mükafatları:
1-ci yer – 3 nəfər – hər biri 150 manat (hər bir mövzu üzrə 1 nəfər)
2-ci yer – 6 nəfər – hər biri 100 manat (hər bir mövzu üzrə 2 nəfər)
3-cü yer – 9 nəfər – hər biri 80 manat (hər bir mövzu üzrə 3 nəfər)
Həvəsləndirici - 12 nəfər – hər biri 50 manat (hər bir mövzu üzrə 4 nəfər)
Ümumdünya Poçt İttifaqının beynəlxalq nüfuzlu təşkilat olduğunu nəzərə alaraq Azərbaycan məktəblilərinin onların təklif etdiyi müsabiqədə yaxından iştirak etmələri, bizim fikrimizcə, dövlətimiz üçün çox əhəmiyyətlidir. Müsabiqəyə təqdim edilən inşa yazıları 01.03.2015-ci il tarixinə qədər göndərilməlidir. Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 800 sözdən artıq olmamalıdır.
Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısının iştirakçı vərəqi ilə birlikdə aşağıdakı ünvana göndərilməsi xahiş olunur:
Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, “Azərpoçt” MMC İndeks: AZ1000
Rəvan Soltanov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL