waplog

Bakı məktəblərində “Fərdiləşmiş Tədris” layihəsinin icrası davam etdirilir


Bu gün Bakı şəhər Ə. Mahmudov adına 220 nömrəli məktəb-liseydə “Fərdiləşmiş Tədris” layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.
 
Açılış mərasimində Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev, “Asus” şirkətinin Azərbaycan üzrə rəsmi distributoru olan “Aztech” şirkətinin rəhbəri Zülfüqar Babayev və “Microsoft Azerbaijan” şirkətinin Təhsil Proqramları meneceri Emin Axundov iştirak ediblər.
 
 
Bakı şəhər 220 nömrəli məktəb-liseydə yaradılmış tədris otağı təmənnasız olaraq, 30 ədəd “Asus T100” şagird planşeti və 1 ədəd “Asus TX201” müəllim noutbuku ilə təmin olunub. “AsusTransformer” planşetlərinin əsas üstünlüyü klaviaturanın olmasıdır ki, bunun da sayəsində “Windows 8.1” əməliyyat sistemi ilə tədris prosesində daha səmərəli və effektiv nəticələr əldə etmək mümkündür.
 
 
Onu da qeyd etmək lazımdır ki, “Microsoft Azerbaijan” şirkəti “Mədəd Azərbaycan” təşkilatı ilə birlikdə “Fərdiləşmiş Tədris” layihəsində dərs deyən müəllimlərə “1 şagird – 1 kompüter” modeli üzrə təlimlər keçmiş, layihə çərçivəsində təqdim olunan avadanlıqlar müvafiq proqram təminatı və tədris mühiti ilə təmin olunub.
 
 
Elnur Əliyev açılış mərasimində iştirakçıları salamlayaraq Təhsil Nazirliyi adından layihəni reallaşdıran “Asus”, “Aztech” və “Microsoft Azerbaijan” şirkətlərinə təşəkkürünü bildirib, eyni zamanda, ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bu kimi fəaliyyətlərə üstünlük veriləcəyini və təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində davamlı tədbirlərin təşkil olunacağını qeyd edib.
 
 
Tədbirdə çıxış edən “Aztech” və “Microsoft Azerbaijan” şirkətlərinin nümayəndələri layihənin əhəmiyyətindən söhbət açib və qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Təhsil Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL