waplog

“Microsoft” həmtəsisçisi Ebola virusu ilə mübarizəyə 100 milyon dollar ayırıb


ABŞ-ın “Microsoft” korporasiyasının həmtəsisçilərindən biri milyarder Pol Allen Ebola virusu ilə mübarizəyə 100 milyon dollar ayırıb. Bu barədə iş adamının saytında deyilir.
 
Onun sözlərinə görə, vəsaitlərdən Qərbi Afrikadan mütəxəssislərin təxliyəsi üçün istifadə olunacaq, eləcə də Massaçusets Texnoloji İnstitutunda mütəxəssislərin hazırlanmasına yönəldiləcək. Amerikalı milyarder dünya ictimaiyyətini təcili epidemiyanın yayılmasının qarşısının alınması üzrə səylərə qoşulmağa çağırıb.  
 
Var-dövlətinin dəyəri 17,1 milyard dollar qiymətləndirilən A.Allen 1975-ci ildə Bill Qeyts ilə birlikdə “Microsoft” korporasiyasını təsis ediblər.
 
Bundan əvvəl “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq və onun həyat yoldaşı Prinsilla Çan Ebola xəstəliyi ilə mübarizəyə 25 milyon dollar ayırıblar.
 
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Qərbi Afrika ölkələrində virus qurbanlarının sayı 4,8 mini ötüb, 10 min nəfər isə bu xəstəliyə yoluxub. 
 
Daha çox ölüm halları üç ölkədə – Liberiya, Sierra Leone və Qvineyada qeydə alınıb, - “TASS” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL